"Qarabağ"ı tərk edən ulduz 500 min avro alacaq

18 Yanvar 2020 09:28 Qarabağ 1 167
"Qarabağ"ı tərk edən ulduz 500 min avro alacaq

"Bornmut" mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə "Milan"a icarəyə verdi.

Sportinfo.az xəbər verir ki, bosniyalı qolkiper "qırmızı-qaralar"la iyunun 30-na qədər müqavilə imzalayıb.

Onun bu müddət ərzindəki qazancı 500 min avro olacaq.

Komandanın digər yeni transferi Zlatan İbrahimoviçlə də mövsümün sonuna qədər müqavilə bağlanılıb. 38 yaşlı Bosniya və Herseqovina əsilli isveçli forvardın bu müddət ərzində qazancı 3,5 milyon avro olacaq.

Digər Xəbərlər
Xəbər Lenti