"Qarabağ"dan "Milan"a gedən qapıçısı ilə bağlı maraqlı paylaşım

14 Yanvar 2020 09:37 Qarabağ 1 055
"Qarabağ"dan "Milan"a gedən qapıçısı ilə bağlı maraqlı paylaşım

"Bornmut" mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə "Milan"a icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib:

"İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!"

Media xidmətinin təşəkkür mesajına klubun sadiq azarkeşləri də qoşulub. Onlar 32 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıblar.

Beqoviç "Qarabağ"da 17 oyun keçirib. O, "Milan"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti