Şəhriyar Məmmədyarov "Qarabağ"ın şanslarının üstündən xətt çəkdi

8 Noyabr 2019 11:19 Qarabağ 1 743
Şəhriyar Məmmədyarov "Qarabağ"ın şanslarının üstündən xətt çəkdi

Avropa Liqasının qrup mərhələsindəki yeganə təmsilçimiz “Qarabağ”ın APOEL-ə uduzub (1:2), 1\16 finala çıxmaq şansını çətinə salması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin məğlubiyyətinə Azərbaycanın tanınmış qrossmeysteri Şəhriyar Məmmədyarov da münasibət bildirib. O, tanınmış idman şərhçisi Sənan Şəfizadənin “facebook”da paylaşdığı “Bizi “Düdelanj” xilas edə bilər” statusuna şərh yazıb. 34 yaşlı şahmat ustası “Qarabağ”ın qrupdan çıxmaq şanslarının bitdiyini bu cür ifadə edib: “Sənan, özün də bilirsən ki, əsl idmançı gərək özü-özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il