COP29

"Qarabağ"ın bu transferdə israrına dəyərmiş!

1 Dekabr 2023 11:40 Qarabağ 11 278
"Qarabağ"ın bu transferdə israrına dəyərmiş!

Hər şey çox olmasa da, çox şey bu oyunda bilinməli idi.

Uzaq Norveçin əl-ayaq donduran şaxtalı havası «Qarabağ»a heç xoş gəlmədi.

Qurban Qurbanov bunu günlər öncə təxmin etmişdi. Elə Bakıdan ayrılarkən, hava limanında da bu məqama vurğu yapıb, son nöqtəni qoymuşdu.

«Molde» Norveçin ən güclüsü, çempionudur. Doğma şəhərin süni meydanında özlərini əsl ev sahibi kimi apardılar.

Qələbə onları bir addım önə çıxaracaq, Avropa Liqasının pley-offuna yaxınlaşdıracaqdı. Bunun üçün çox çalışdılar.

Julio Romao sarı vərəqə cəzalısı idi. Limiti dolduran braziliyalı dayaq yarımmüdaftəçisinin sahədə olmaması «Qarabağ»ı hədsiz incitdi.

Hamı onu axtardı - oyunun əvvəlində də, ortasında da, axırında da.

«İkinci toplar»ın bir çoxu «Molde»lilərin ayağına düşdü. Sanki mərkəzdə 1 nəfər artıq oynayırdılar. Hara baxırdın, onları görürdün.

Cinah asmaları olduqca təhlükəli alınırdı. İki qolu da belə vurdular: birini sol qanaddan topu havalandıraraq, birini də kornerdən.

«Qarabağ» hesabı erkən açdı. Juninyo bir sürətli hərəkətlə özünə boş zona tapdı, irəlilədi, qapının uzaq küncünü «salamladı».

Gözləmək olardı ki, bu cür başlanğıc komandamızın ruhuna rəng qatacaq, «Molde»ni isə əksinə, sarsıdacaq. Əbəs yerə skandinav deyil onlar!

Soyuqqanlı halda «Qarabağ»ın üzərinə yeridilər, təhlükənin miqyasını böyütdülər. Topları tirdən döndü.

Andrey Lunyov. Çox bəyəndim. Şahruddin Məhəmmədəliyevin 1 il qabaqkı günlərini xatırlatdı. Rusiyalı qapıçının transferində bunca israra dəyərmiş.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"