"Qarabağ"ın 2 futbolçusu mənim transfer siyahımdadır"

31 May 2024 13:00 Qarabağ 8 459
"Qarabağ"ın 2 futbolçusu mənim transfer siyahımdadır"

Millinin və «Qarabağ»ın 2 futbolçusu «Sivasspor»un transfer siyahısındadır.

Bu barədə Sportinfo.az-a Türkiyə klubunun baş məşqçisi Bülənt Uyğun bildirib.

Super Liqa təmsilçisinin çalışdırıcısı deyib ki, Toral Bayramov və Elvin Cəfərquliyev onların maraq dairəsindədir. Mütəxəssis hər iki müdafiəçinin keçidi üçün danışıqlar aparacaqlarını söyləyib:

«Mən bu futbolçuları neçə vaxtdır tanıyıram. Onlar həm millidə, həm də «Qarabağ»da izləmişəm.

Gənc və potensialı yüksək oyunçulardır. Bizə böyük faydaları dəyə bilər.

Bir neçə aydır ki, Toralla Elvinin adını siyahıma yazmışam. Bəli, bilirəm ki, hər iki futbolçu «Qarabağ» üçün necə əhəmiyyətlidir.

Ancaq biz də bu transferləri etməyə maraqlıyıq. Artıq menecerlər vasitəsilə onlar barədə müəyyən məlumatlar toplamışıq».

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”