Haqqında çox danışılan legioner “Qarabağ”ı bu kluba dəyişir - SON DƏQİQƏ

28 May 2024 14:00 Qarabağ 13 793
Haqqında çox danışılan legioner “Qarabağ”ı bu kluba dəyişir - SON DƏQİQƏ

Andrey Lunyovun "Qarabağ"ı hansı kluba dəyişməyə hazırlaşması məlum olub.

1 ildir Azərbaycanda çıxış edəb rusiyalı qapıçı vətəninə dönmək üzrədir.

32 yaşlı kiper Moskva "Dinamo"su ilə danışıqlar aparır. Bir həftədən artıqdır davam edən görüşmələr son fazadadır - tərəflər anlaşmağa çox yaxındır.

Paytaxt təmsilçisinin bu yay qapı mövqeyinə gətirmək istədiyi əsas namizəd məhz Lunyovdur. “Dinamo” ona görə 400 min dollrın üstündə illk ödəmə etməyə razıdır.

Maraq üçün qeyd edək ki, “Zenit”in sabiq “1 nömrə”sinin “Qarabağ”da qazancı 200 min avro təşkil eləyib.

Daha əvvəl Rusiya mediasında onun "Krılya Sovetov" və ya “Ximki”yə keçə biləcəyinə dair xəbər yayılıb.

İki aydan artıqdır haqqında çoxlu xəbərlər yayılan və meneceri Anton Smirnovla qalmaqallı şəkildə yollarını ayıran Andreyin "Qarabağ"la 1+1 illik müqaviləsi var.

Ağdam klubundan daha əvvəl bildirilib ki, onlar istəməyəcəyi təqdirdə, Lunyov mövsümün sonunda heç bir kluba keçə bilməz. Amma...

«Köhlən atlılar» ötən ilin yayında sıralarına qatdığı rusiyalı qapıçıya başqa komandalarla danışıqlar aparmaq icazəsi verib.

Mövsümlərarası fasilədə «Bayer»dən gəlmiş və 1+1 illik müqaviləyə imza atmış 32 yaşlı kiperin maliyyə şərtləri ilə bağlı irəli sürdüyü yeni şərtlər ondan imtinaya səbəblərin başında gəlir.

İyunun 3-də, «Zirə» ilə ölkə kubokun final matçından sonra bu xəbərin rəsmən açıqlanması nəzərdə tutulur. Bəlkə də Lunyov ona qədər düşərgəni birdəfəlik tərk elədi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti