“Deportivo”nun qapıçısı “Qarabağ”ın maraq dairəsində

1 İyun 2024 00:50 Qarabağ 3 690
“Deportivo”nun qapıçısı “Qarabağ”ın maraq dairəsində

“Partizan”ın qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədir.

Sportinfo.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay "Apollon"da( Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.

Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.

İndi isə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə görə Fransa Liqa 1 klublarından da təkliflər var.

2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qolkiper “Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo”nun da qapısını qoruyub.

O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”