"Qarabağ" hər kəs üçün nəhəng rəqibdir"

2 İyun 2024 00:30 Qarabağ 1 063
"Qarabağ" hər kəs üçün nəhəng rəqibdir"

Şimali İrlandiyanın "Larne" klubunun rəsmi saytı Çempionlar Liqasının təsnifat mərhələsininin 1-ci turundakı potensial rəqiblərindən yazarkən, “Qarabağ”ı xüsusi vurğulayıb.

SportİNFO.az xəbər verir ki, britaniyalılar Ağdam klubunun avrokuboklardakı və Azərbaycandakı uğurlarından yazıb:

"Şənbə günü Çempionlar Liqasının finalında “Real”ın məğlubiyyəti Azərbaycan çempionunun turnirə birinci mərhələdən başlamasına səbəb olacaq.

Azərbaycan çempionatında tam üstünlüyü olan “atlılar” 25 xallıq üstünlüklə 11-ci çempionluğunu qazandı.

Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” Dieqo Simeonenin başçılıq etdiyi “Atletiko” ilə iki yaddaqalan heç-heçə etdi, turnirdən kənarlaşdırılana qədər “Çelsi” və “Roma” ilə qarşılaşdı.

Avropa səhnəsində böyük uğur qazanan klub ardıcıl 10 ildir ki, Azərbaycanı Avropa yarışlarının qrup mərhələsində təmsil edir və son üç mövsümdə pley-off mərhələsinə yüksəlir.

Onlar bu yay 1-ci təsnifat mərhələsində onları oynayan hər kəs üçün nəhəng rəqibdir. "Qarabağ" Xabi Alonsonun komandasına mövsümdə ilk məğlubiyyəti yaşatmağa da yaxın olub".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”