“Qarabağ” postsovet məkanının ən yaxşı komandası oldu

16 May 2024 00:30 Qarabağ 1 425
“Qarabağ” postsovet məkanının ən yaxşı komandası oldu

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında birinci pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, dünyada 48-ci, Avropada isə 31-ci yerdə gedən Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.

Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 82-ci pilləyə yüksəliblər.

Azərbaycanın reytinqdəki digər komandaları postsovet məkanındakı klubların sıralamasında ilk “10-luğ”a düşə bilməyiblər. Bu baxımdan böyük sıçrayışa nail olan “Zirə” 19-cu, “Neftçi” 20-ci, “Sabah” isə 22-cidir.

Postsovet məkanının ilk “10-luğ”u və Azərbaycan klubları:

1 (dünyada 48-ci). “Qarabağ” (Azərbaycan) – 183 xal

2 (82). “Şaxtyor” (Donetsk, Ukrayna) – 146,5

3 (221). “Şerif” (Moldova) – 84,75

4 (222). RFŞ (Latviya) – 84,5

5 (229). “Pünik” (Ermənistan) – 83

6 (252). “Riqa” (Latviya) – 78,5

7 (255). “Zarya” (Ukrayna) – 78

8 (265). “Dinamo” (Kiyev, Ukrayna) – 76,5

9 (275). “Dnepr-1” (Ukrayna) – 74,75

10 (288). “Ararat” (Ermənistan) – 72,75

…19 (384). “Zirə” (Azərbaycan) – 60,75

20 (398). “Neftçi” (Azərbaycan) – 59,25

21 (405). “Sabah” (Azərbaycan) – 58,25

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq