"Qarabağ"dan daha bir MARAQLI XƏBƏR

9 May 2024 14:00 Qarabağ 2 469
"Qarabağ"dan daha bir MARAQLI XƏBƏR

«Qarabağ» Qatara yollanacaq.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, artıq səfər tarixi dəqiqləşib.

Belə ki, «köhlən atlılar»ın U-15 və U-17 komandaları mayın 18-də ərəb ölkəsinə üz tutacaq. Hər iki kollektiv sözügedən məkanda 2 yoxlama matçı keçirəcək.

Səfər yerli «Aspera» akademiyasının dəvəti ilə gerçəkləşəcək. Vaxtilə «Qəbələ» ilə sıx əməkdaşlıq etmiş qatarlılar indi də «Qarabağ»a üz tutub.

Bunda da «Qəbələ»ni bir neçə ya əvvəl «Qarabağ»a dəyişmiş Nail Kərimovun əlaqələri müstəsna rol oynayıb.

Məhz onun vasitəsilə iki klubun akademiyaları arasında münasibətlər yaranıb və bu səfər əməkdaşlığın növbəti mərhələsidir.

Ağdamlı yeniyetmələr «Aspera»dan olan həmkarları ilə üz-üzə gələcək və mayın 23-də vətənə dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq