Prezident: "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan klubdur”

3 İyun 2024 00:30 Qarabağ 673
Prezident: "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan klubdur”

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra açıqlamalar verib.

Sportinfo.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:

- Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq.

- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdi. Bu, komandaya necə təsir edəcək?

- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.

- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişib. Hazırkı formatda "Qarabağ" qrupa düşə bilər?

- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti