“Qarabağ”lı müdafiəçi Rəşad Sadıqovun gördüyü işi təriflədi, nə istədiyini dedi

2 İyun 2024 14:00 Qarabağ 1 179
“Qarabağ”lı müdafiəçi Rəşad Sadıqovun gördüyü işi təriflədi, nə istədiyini dedi

“Rəşad Sadıqov əla komanda formalaşdırıb“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçi si Bədavi Hüseynov deyib.

Kapitan sarğısını daşıyan 33 yaşlı kapitan bu gün “Zirə”yə qarşı keçiriləcək ölkə kubokunun finalından danışıb:

“Zirə” bu mövsüm ən az qol buraxan kollektivlərdən biridir. Onlara qarşı oynamaq çətindir.

Çünki həm bizi yaxşı tanıyırlar, həm də etibarlı müdafiə olunmağı bacarırlar. Şanslar 50-nin 50-yədir.

Final cəmi 1 görüşdən ibarətdir. Matça çox ciddi yanaşmalıyıq. Çünki “qızıl dubl” etmək istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”