"Qarabağ" rəsmisi ÇL-in final matçına dəvət alan ali qonaqlar arasında - FOTOLAR

1 İyun 2024 22:40 Qarabağ 955
"Qarabağ" rəsmisi ÇL-in final matçına dəvət alan ali qonaqlar arasında - FOTOLAR

"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov UEFA-nın Klub Yarışların Təşkili Komitəsinin növbəti iclasında iştirak edib.

Sportinfo.az xəbər verir ki, tədbir İngiltərənin paytaxtı Londonda keçirilib.

Əsgərovun üzvü olduğu komitənin toplantısında 2024-27-ci illərdə keçiriləcək yarışlarla bağlı media, kommersiya satışlarındakı yeniliklər müzakirə olunub.

Komitə üzvləri avrokuboklara qatılmayan klublara maliyyə yardımı, qonaq komandalara ayrılan biletlərin maksimal qiyməti barədə fikir mübadilələri aparıblar.

Yığıncaqda turnirin qalibinin öz ölkəsinə əlavə yer qazandırdığı vaxt klub bölgüsünün yenidən balanslaşdırılması məsələləri müzakirəyə çıxarılıb.

Əsgərovun qatıldığı tədbirdə DÇ-2026 və klublararası DÇ-2025-in digər turnirlərə, həmçinin komandalara təsiri ilə bağlı müzakirələr də aparılıb. Tədbir iştirakçıları yeni sponsorlarla iş prosesinin gedişi, təsdiqlənmiş və davam edən tərəfdaşlarla danışıqların aparılması prosedurları ilə tanış olublar.

Əsgərov komitənin digər üzvləri ilə birlikdə Çempionlar Liqasının “Uembli”də keçirilədək “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya) oyununu izləyəcək.

O, UEFA-nın final oyununa dəvət etdiyi Ali qonaqlar arasındadır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”