"Qarabağ"ın şənlik gecəsində "Xəzər Lənkəran" havası - FOTO FAKT

2 İyun 2024 21:15 Qarabağ 4 191
"Qarabağ"ın şənlik gecəsində "Xəzər Lənkəran" havası - FOTO FAKT

"Qarabağ" 2023/24 mövsümündə sona 8 tur qalmış öz çempionluğunu rəsmiləşdirdi.

Amma Ağdam təmsilçisi tituluna isə 36-cı turun "Araz Naxçıvan"la 2:2 hesablı bərabərliklə bitən matçından sonra qovuşdu.

Möhtəşəm təşkil olunmuş gecədə "köhlən atlar"ın üzvləri 11-ci çempionluğun dadını lazımınca çıxarmağı bacardılar.

Toral Bayramov və Nəriman Axundzadə isə atdıqları nümunəvi addımla seçilib.

Belə ki, lənkəranlı futbolçular çempionluq sevincini ilk müəllimləri olmuş Xəyal və Röyal qardaşları ilə birgə qeyd ediblər.

Xatırladaq ki, Nəriman və Toral futbol sirlərini "Xəzər Lənkəran" Futbol Akademiyasında öyrənməyə başlayıblar.

Bir müddət "ekizlər"in sərəncamında olan ikili Cənub təmsilçisi 2016-cı ildə fəaliyyətini dayandırandan sonra "Qarabağ" Futbol Akademiyasında futbol həyatına davam ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”