“Qurban Qurbanov bizdən yenə də istəyirdi ki…“

31 May 2024 03:30 Qarabağ 861
“Qurban Qurbanov bizdən yenə də istəyirdi ki…“

“Bütün bunlar bizim baş məşqçimizin əməyidir“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

33 yaşlı arxa xətt oyunçusu Ağdam klubunda qazandığı uğurların səbəbini belə izah edib:

“Sona 8 tur qalmış çempionluğumuzu təmin etsək də, Qurban Qurbanov bizdən yenə də dayanmamağı, daha da yaxşı olmağı, inkişaf etməyi, formada qalmağımızı istəyirdi.

Çünki azca arxayınlaşan kimi rəqiblər bundan istifadə edir. Sonradan yenidən toparlanmaq heç də asan olmur.

Buna görə də bütün bunlar ilk növbədə məşqçilər korpusumuzun əməyidir. Özünüz də görürsüz ki, bu gün “Qarabağ”da bütün oyunçular inkişaf edir, hamı qol vurur”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”