"Qarabağ" ondan Çempionlar Liqasının ilk iki oyununda istifadə edə bilməyəcək

31 May 2024 00:30 Qarabağ 2 994
"Qarabağ" ondan Çempionlar Liqasının ilk iki oyununda istifadə edə bilməyəcək

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev növbəti mövsüm Çempionlar Liqasında ilk iki oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı cinah müdafiəçisi ötən mövsüm Avropa Liqasında aldığı qırmızı vərəqələrə görə mövsümün əvvəlində komandasına yardımçı ola bilməyəcək.

Cəfərquliyev Bakıda "Braqa"ya qarşı keçirdikləri pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) meydandan qovulmuşdu.

Oyunçu Bakıda "Bayer 04"ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı və Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı.

Müdafiəçi buna görə də bir matçlıq diskvalifikasiya ilə üzləşib.

"Qarabağ" Çempionlar Liqasında I və ya II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu, qitənin bir nömrəli klub turnirinin final matçından sonra bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”