“Növbəti çempionluğa görə çox sevinirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynova aiddir.
O, komandasının 2023/2024 mövsümündəki çempionluğunu şərh edib:
"Qarabağ"ın bir parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm. Sona 8 tur qalmış çempion olduq.
Bu cür davam edərək, növbəti mövsümdə də çempion olacağımıza inanıram. Allah qoysa, ÇL-də də yaxşı nəticələr göstərəcəyik.
Biz vaxtından əvvəl çempion olsaq da, baş məşqçimiz bizi rahatlaşmağa imkan vermirdi. Çünki futbolda da zəif-güclü anlayışı qalmayıb, hamı futbol oynayır, nəticə qazana bilir.
Bizim də uduzduğumuz, xal itirdiyimiz oyunlarımız az olmayıb. İndiki dövrdə futbolda əsas olan istək və əzmkarlıqdır.
Bunlar varsa, yaxşı nəticə verəcəksiniz. Qurban Qurbanov həmişə bizə deyir ki, əzmkar və istəkli olun, ürəkdən oynayın.
Əgər ürəkdən oynayırsansa, artıq işləyib, artıq məşq edirsənsə, Allah da sənə yetirir".

