COP29

“Mən “Qarabağ”da çox oynamadım, səbəbləri haqda danışmaq istəmirəm”

30 May 00:30 Qarabağ 2 220
“Mən “Qarabağ”da çox oynamadım, səbəbləri haqda danışmaq istəmirəm”

“Çox yaxşı mövsüm keçirdik.

Uzun bir mövsüm oldu.

Komanda və klub ümumən çox gözəl işlər gördü. Düşünürəm, çempionluğa layiq idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın forvardı Adama Diakabi deyib.

Fransalı legioner mövsümboyu oyunu haqda danışıb:

“Mən elə də çox oynamadım. Səbəbləri haqda danışmaq istəmirəm.

Axırda olan budur. 10 dəqiqəlik belə oyuna çıxanda, maksimum etməyə çalışırdım.

Bir neçə qolum oldu. Hər dəqiqədən səmərəli istifadə etməyə çalışdım.

Sonda mən xoşbəxtəm. Çempionluğun həzzini çıxarıram və gələcəyə doğru gedirik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"