“Səhvlərdən nəticə çıxarıb, ÇL-də daha uğurlu olmaq istəyirik” - “Qarabağ"lı müdafiəçi

27 May 2024 22:40 Qarabağ 1 305
“Səhvlərdən nəticə çıxarıb, ÇL-də daha uğurlu olmaq istəyirik” - “Qarabağ"lı müdafiəçi

"Mövsümə çətin başlamışdıq, sonra toparlana bildik və yaxşı oyunlar göstərdik.

Çətin başlayıb, sonluğu yaxşı bitirdik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.

Mövsümə çətin başladıqlarını deyən futbolçu, qarşıdan gələn Azərbaycan Kubokunun final matçında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini də bölüşüb:

"Zirə" ilə Azərbaycan Kubokunun final oyunu çətin olacaq. Rəqibi tanıyırıq, çox yaxşı müdafiə olunmağı bacaran komandadır.

Bizi nəyin gözlədiyinin fərqindəyik. Buna uyğun hazırlaşacağıq. Mövsüm ərzindəki səhvlərimizdən nəticə çıxarıb, Çempionlar Liqasında daha uğurlu olmaq istəyirik".

Hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”