"Qarabağ"ın legionerinə ölkəsindən MARAQ VAR

22 May 2024 20:20 Qarabağ 1 459
"Qarabağ"ın legionerinə ölkəsindən MARAQ VAR

"Qarabağ"ın əlcəzairli yarımmüdafiəçisi Yasin Benzia karyerasını vətənində davam etdirə bilər.

Sportinfo.az "Afrique Sports"a istinadən xəbər verir ki, Benzia növbəti mövsüm üçün Əlcəzairin "MC Alger" klubunun planının bir hissəsidir.

Lakin yarımmüdafiəçinin millidəki uğurlu çıxışı klubu müqavilənin maliyyə şərtlərini daha da yaxşılaşdırmağa məcbur edib.

Çünki Benzianın ambisiyaları və transfer qiyməti artıb. Futbolçu özü isə Avropada oynamağı hədəfə alıb.

Yaxın vaxtlarda “MC Alger” “Qarabağ”ın legionerinə müqavilə təklif edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”