“Qarabağ”ın futbolçusu Azərbaycandan ayrıldı, istirahətin dadını çıxardı - FOTOLAR

21 May 2024 21:20 Qarabağ 5 980
“Qarabağ”ın futbolçusu Azərbaycandan ayrıldı, istirahətin dadını çıxardı - FOTOLAR

“Qarabağ”ın futbolçusu Marko Veşoviç yorğunluğunu Birləşmiş Ərəb Əmirliklərində çıxarır.

Son iki çempionat matçında zədə səbəbindən meydana çıxmayan müdafiəçi xanımı və iki övladı ilə birlikdə Dubaya yollanıb.

Martda milli komandaların oyunları zamanı Monteneqro yığmasının heyətinə qatıldığından istirahət imkanından məhrum olan Veşoviçə bu fürsəti Qurban Qurbanov yaradıb.

Təcrübəli çalışdırıcı ağır qrafiki nəzərə alaraq yükələnən futbolçulara hissəli şəkildə dincəlmək imkanı verir. Marko da bu şansdan maksimum yararlanmağa çalışır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”