COP29

“Qarabağ” üçün növbəti potensial rəqiblər - Çempionlar Liqasında

20 May 12:40 Qarabağ 2 423
“Qarabağ” üçün növbəti potensial rəqiblər - Çempionlar Liqasında

“Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün növbəti potensial rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, daha 4 komanda Ağdam təmsilçisinə rəqib ola bilər.

Bunlar Gürcüstan “Dinamo”su (Batumi), Şimali Makedoniya “Struqa”sı, Lüksembuq “Differdanj” və Monteneqro “Deçiç”idi. Ölkələrinin çempionu olan adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” kollektivlərinin zəiflər sırasında qərarlaşacağı məlum idi.

“Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS-in (Uels), RFŞ (Latviya) və “Petrokub” (Moldova) səpələnmişlərdə olacaq.

“Ballkani”nin (Kosovo) səbəti isə qeyri-müəyyəndi.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"