"Gələcəyimlə bağlı çoxlu şayiələr gəzir, əməkdaşlığımız sona çatdı”

20 May 2024 01:00 Qarabağ 2 708
"Gələcəyimlə bağlı çoxlu şayiələr gəzir, əməkdaşlığımız sona çatdı”

"Qarabağ"ın qapıçısı Andrey Lunyov agenti Anton Smirnov ilə əməkdaşlığa son qoyub.

bunu 32 yaşlı futbolçu "Sport-Ekspress" nəşrinə açıqlayıb.

O, həmçinin Moskva "Dinamo"sunun maraq dairəsinə düşməsi barədə danışıb:

"Gələcəyimlə bağlı çoxlu şayiələr gəzir. İstənilən qərarlar və şərhlər yalnız mövsüm bitdikdən sonra veriləcək.

Eyni zamanda sabiq nümayəndəm Anton Smirnov ilə əməkdaşlığımızın sona çatmasını bildirmək istəyirəm. Ona 3 illik işi üçün ürəkdən təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayıram".

Ötən yay "Qarabağ"a keçən Andrey Lunyovun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq