Qurban Qurbanovun "sağ əli" "Qarabağ"ı tərk etdi, Türkiyəyə yollandı

18 May 2024 20:40 Qarabağ 10 348
Qurban Qurbanovun "sağ əli" "Qarabağ"ı tərk etdi, Türkiyəyə yollandı

Premyer Liqanın 35-ci turunda "Qarabağ" doğma meydanda "Turan Tovuz"a qalib gəldi.

Dramatik keçən matçda Ağdam təmsilçisi 4:3 hesablı qələbə ilə aktivinə növbəti 3 xalı yazdırmış oldu.

Qarşılaşmada diqqət çəkən məqamlardan biri Qurban Qurbanovun məşqçilər korpusunda Elçin Rəhmanovun yer almaması oldu.

Bu da səbəbsiz deyilmiş.

Təcrübəli mütəxəssisin "sağ əli" hazırda Türkiyədədir.

O, "Qarabağ"ın U-14 və U-9 yaş qruplarından ibarət komandaları ilə Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" turnirinə yollanıb.

Rəhmanov akademiyanın aşağı yaş qruplarının matçlarını yerində izləyəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti