"Qarabağ" kapitana yeni müqavilə təklif etmədi, ancaq… Qurbanov ona iş tapıb

16 May 2024 20:00 Qarabağ 10 548
"Qarabağ" kapitana yeni müqavilə təklif etmədi, ancaq… Qurbanov ona iş tapıb

«Qarabağ» Maksim Medvedevə yeni müqavilə təklif etməyib.

Qurban Qurbanov digər futbolçulardan fərqli olaraq, kapitanın xidmətindən daha yararlanmaq istəmir.

Bununla belə, baş məşqçi onun klubda qalmasına tərəfdardır. 34 yaşlı müdafiəçi razılaşsa, ona burada iş veriləcək.

Söhbət hansı işdən gedir? Əlbəttə ki, məşqçilik.

Qurbanov «Qarabağ»ın öz «şinel»indən çıxmış Maksimi yaxın gələcəkdə öz kolleqası kimi görür. Medvedevin başqa planı olmasa, klubun akademiyasında fəaliyyətə başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq