“Qarabağ”ın 16 yaşlı hücumçusu xarici şirkətlə müqavilə bağladı

14 May 2024 21:20 Qarabağ 8 780
“Qarabağ”ın 16 yaşlı hücumçusu xarici şirkətlə müqavilə bağladı

Gənc azərbaycanlı futbolçu xarici şirkətlə müqavilə bağlayıb.

Söhbət “Qarabağ”ın və Azərbaycanın U-17 millisinin üzvü Əli İsmayıldan gedir.

“LA Football Consulting” adlı agent şirkəti sosial şəbəkə hesabı vasitəsi ilə bu barədə məlumat yayıb:

“Xoş gəldin! Əli İbrahim 2008 doğumlu hücumçudur, Azərbaycan futbolunda ən böyük talantlardan biridir. O, hazırda “Qarabağ”a məxsusdur. Biz tarixi birlikdə yazacağıq”.

Maraq üçün bildirək ki, sözügedən şirkətin Yunanıstan, ABŞ və Braziliyada ofisləri mövcuddur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu