"Qarabağ" ötən günlərinin xiffətini çəkməyəcək

13 May 2024 16:40 Qarabağ 882
"Qarabağ" ötən günlərinin xiffətini çəkməyəcək

"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.

"Köhlən atlar" çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.

Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq