“Qarabağ” ilk “üçlük”də yer aldı - Qurban Qurbanovun uğurlu seçimləri sayəsində

12 May 2024 01:10 Qarabağ 1 957
“Qarabağ” ilk “üçlük”də yer aldı - Qurban Qurbanovun uğurlu seçimləri sayəsində

Avropanın milli çempionatlarında ən uğurlu əvəzetmələrə əl atan komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da siyahıda yer alıb.

Premyer Liqa çempionluğunu öncədən təmin edən Ağdam klubu cari mövsüm 85 qoldan 20-ni əvəzetmədən vurub. Baş məşqçi Qurban Qurbanovun uğurlu dəyişiklikləri sayəsində “Qarabağ” ilk “üçlük”də yer alıb

. Niderland PSV-si və Sloveniya “Olimpiya”sında da sonradan meydana çıxanlar 20 dəfə fərqləniblər. Ağdamlılar adıçəkilən klublarla birlikdə 2-ci yeri bölüşdürür.

Bu baxımdan zirvədə “Seltik” qərarlaşıb. Şotlandiya klubunun ölkə çempionatında 21 qolunu əvəzetmədən meydana çıxanlar vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq