COP29

"Qarabağ"ın Ağdamda olan “İmarət"dən yeni VİDEO görüntülər

8 May 22:40 Qarabağ 1 188
"Qarabağ"ın Ağdamda olan “İmarət"dən yeni VİDEO görüntülər

"Qarabağ"ın işğal dövrünə qədər ev oyunlarını keçirdiyi Ağdamın "İmarət" stadionunun son dron görüntüləri yayımlanıb.

Sportinfo.az xəbər verir ki, görüntülər Feysbukdakı "Ağdam və mən" səhifəsində paylaşılıb.

Videoda Qarabağ xanlarına məxsus olmuş "İmarət" sarayında yenidənqurma və bərpa işlərinin getdiyi görünür.

Rəsmi məlumata görə, ilkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq.

Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Ağdamın "İmarət" adlanacaq yeni stadionun isə şəhərin başqa bir ərazisində tikiləcəyi nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti