COP29

“Qarabağ”la müqaviləsi başa çatan 7 futbolçu - Onların aqibəti necə olacaq?

8 May 20:00 Qarabağ 6 296
“Qarabağ”la müqaviləsi başa çatan 7 futbolçu - Onların aqibəti necə olacaq?

Azərbaycan çempionatları tarixində 11-ci çempionluğu rəsmiləşdirəmn “Qarabağ” “qızıl dubl”a yaxındır.

İyunun 2-də Azərbaycan kubokunun final mərhələsində “köhlən atlar”ın rəqibi “Zirə” olacaq.

Kubok qazanılsa da, qazanılmasa da, ağdamlılar növbəti avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

İndi hər kəsi narahat edən sual “Qarabağ”ın aparıcı futbolçularını necə qoruyacağıdır. Bir neçə əsas fiqurun klubla müqaviləsinin müddəti yayda başa çatacaq ki, artıq xeyli müddətdir bu yöndə işlər görülür.

Həmin futbolçular kimlərdir?

Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Maksim Medvedev, Nihad Quliyev, Riçard Almeyda, Abdullah Zubir.

Adları çəkilənlərin “köhlən atlar”la sözləşməsi iyunun sonunda başa çatacaq.

Yaşa dolan Bədavi, Maksim və Riçardın qalıb-qalmayacağı Qurban Qurbanovun verəcəyi qərardan asılıdır.

Az şans qazanan Nihadla Amin gələcək karyeralarını düşünüb qərar verməlidirlər. Andrey Lunyov və Abdullah Zubirlə danışıqlar davam etdirilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti