COP29

"Qarabağ"a çox yox, bir işarə YETƏR!

7 May 19:00 Qarabağ 1 796
"Qarabağ"a çox yox, bir işarə YETƏR!

"Qarabağ"ın sona 8 tur qalmış çempionluğunu təmin etməsi rəqibləri üçün göydəndüşmə fürsətdir.

Ağdam klubunu məğlub etmək üçün bundan yaxşı imkan ola bilməz.

Hədəfə çatan "atlılar" artıq meydana əvvəlki ruhda, istəkdə çıxa bilmirlər.

Bütün bunlar hardasa anlaşılandır.

Rəhbərliyin qarşıya qoyduğu məqsəd vaxtından erkən yerinə yetirilib.

Başverənləri Qurban Qurbanov da anlayışla qarşılayır.

Görünən odur ki, ciddi cəhdlə müdaxilə etmək barədə də düşünmür.

Heç bir motivasiyası qalmayan futbolçuya nə deyəsən?

Bunun nəticəsidir ki, komanda ötən ay Premyer Liqada keçirdiyi 4 matçdan 3-də qələbəyə həsrət qaldı.

"Qarabağ"la bağlı belə statistikaya son illər nə vaxt rast gəldiyimi xatırlamıram.

"Sabah" və "Sumqayıt"a uduzan komanda aşkar autsayder "Qəbələ" ilə bərabərə qaldı.

Bəli, bu gün Premyer Liqanı tərk edəcəyi rəsmiləşən bölgə klubu da "Qarabağ"dan xal qopara bilir.

Amma "Neftçi" yox.

"Sabah"a məğlubiyyət, "Qəbələ" ilə bitən bərabərlikdən sonrakı kubok oyununda Qurban Qurbanovun yetirmləri əzəli rəqibini iri hesabla məğlub etmişdi - 4:1.

Ardınca Premyer Liqada "Sumqayıt"a uduzan "Köhlən atlar" növbəti dəfə çempionat matçında yenə "Neftçi"nin daşını daş üstə qoymadı - 5:0.

Qısası, "Qarabağ" son bir aydakı 5 matçında iki qələbə qazanıb. Hər ikisi də "Neftçi" üzərində darmadağınla.

Görünür, Ağdam təmsilçisinin futbolçularına "ağ qaralar"la oyun öncəsi ciddi söhbətə, əlavə motivasiyaya ehtiyac yoxdur. Bir işarə yetər - rəqibin adı "Neftçi"dir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq