“Qarabağ” Maradonanın klubunu da arxada qoydu

1 İyun 2024 09:00 Qarabağ 967
“Qarabağ” Maradonanın klubunu da arxada qoydu

Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın siyahıda keçdiyi komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, İFFHS-in cədvəlində 48-ci pillədə qalan Ağdam klubu 7 komandanı arxada qoyub.

Qurban Qurbanovun yetirmələri “Boka Xuniors”, “LDU Kito”, PAOK, “Frayburq”, “Braqa”, “Sparta” və “Atletiko Nasyonal”ı keçib. Amma “Qarabağ” irəliləyə bilməyib.

Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması səbəb olub. “Brügge”, “Atletiko Mineyro”, “Atletiko Paranaense”, “Korintians”, “İndependente Medelyin”, “River Pleyt” və Zaqreb “Dinamo”su təmsilçimizi keçə bilib.

“Qarabağ”ın hesabında 183 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”