"Qarabağ"da 100-cü adam

26 Fevral 2024 16:40 Qarabağ 389
"Qarabağ"da 100-cü adam

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan milli üzvü sabiq komandası ilə görüşdə “100”ə çatıb.

2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

“Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!