COP29

"Qarabağ"ın qazancının üstünə 1,2 milyon avro gəldi

25 Fevral 08:20 Qarabağ 839
"Qarabağ"ın qazancının üstünə 1,2 milyon avro gəldi

Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği bəlli olub.

Sportinfo.az xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

"Köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub.

Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"