"Qurban Qurbanov imkan verməz ki..." - VİDEO

22 Fevral 2024 14:40 Qarabağ 538
"Qurban Qurbanov imkan verməz ki..." - VİDEO

«Qurban Qurbanov futbolçuların rahatlaşmağına imkan verməz».

Bu fikir futbol eksperti Emin Abbasova aiddir.

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilib. Portuqaliyadan 4:2 hesablı qələbəylə dönmüş «Qarabağ» Bakıda «Braqa»nı qəbul edəcək.

Tanınmış teleşərhçi ATV kanalında efirə gedən «Futbolumuz» verlişində Ağdam klubunun mərhələ adlamaq şansını dəyərləndirib:

«4:2 hələ o demək deyil ki, mərhələni keçmişik. Son dərəcə konsentrasiya ilə oynamaq lazımdır.

Bu üstünlüyü əldən verməmək üçün nə lazımdırsa, futbolçular da onu etməlidir. Qurban Qurbanov futbolçularında məsuliyyət hissini yarada bilir.

«Qarabağ» elə komandadır ki, nə vaxt udmasından, yaxud uduzmasından asılı olmayaraq, heç zaman oyun intizamından qopmur».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi