COP29

"Qarabağ"ın belə bir niyyəti varmı? - Direktordan AÇIQLAMA

8 Dekabr 2023 08:50 Qarabağ 990
"Qarabağ"ın belə bir niyyəti varmı? -  Direktordan AÇIQLAMA

Məlum olduğu kimi, "Qarabağ" ardıcıl üçüncü dəfə Avropa kuboklarında pley-off mərhələsini təmin edib.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Bakıda "Hekken"lə (İsveç) görüşünün nəticəsindən asılı olmayaraq ən azı Konfrans Liqasının 1/16 final mərhələsində oynamaq hüququ əldə edib.

Lakin Qurban Qurbanovun komandası qalib gələcəyi halda Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın pley-off mərhələsinə adlayacaq.

Paralel keçiriləcək qrupun "Bayer" (Almaniya) - "Molde" (Norveç) qarşılaşmasında qonaqların uduzması və ya heç-heçə etməsi də "Qarabağ"ın xeyrinə işləyə bilər.

Birinci halda son oyunda məğlubiyyət, ikinci halda isə heç-heçə belə Ağdam təmsilçisini Avroliqada 1/16 finala çıxaracaq.

Hazırda qrup lideri "Bayer"in 15, "Qarabağ" və "Molde"nin 7, "Hekken"in isə 0 xalı var. Şəxsi oyunlardakı üstünlüyə görə Azərbaycan çempionu Norveç təmsilçisini qabaqlayır.

1/16 finalda "Qarabağ"ın matçına daha böyük marağın olacağı istisna deyil.

Bəs, bu halda Ağdam təmsilçisi azarkeş marağını nəzərə alaraq ev oyununu Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirə bilərmi?

Sportinfo.az xəbər verir ki, klubun direktoru Emrah Çelikel qol.az-ın bununla bağlı sualını cavablandırıb.

Onun dediyinə görə, hazırda avrokuboklar üçün komandanın məkanı Tofiq Bəhramov adına Respublika stadionudur. E.Çelikelin sözlərinə görə, sözügedən stadionun ot örtüyünüdə problem olmadığı müddətdə arenanı dəyişmək fikirləri yoxdur.

Pley-off mərhələsinin oyunları 2024-cü ilin fevral ayında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"