"Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil"

3 İyun 2024 02:10 Qarabağ 762
"Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil"

Karyerasını başa vuran “Qarabağ”ın futbolçusu Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib:

“Qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq.

Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti