“Bu gün hər iki komanda kuboku qazanmağa layiq idi”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra deyib.
Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:
“Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür.
Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm.
Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.

