
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.
“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib.
Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib.
Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) 2:2
Qollar: Eriksen, 83,88 - Olavio Juninyo, 12, Bəhlul Mustafazadə, 95
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa
Baş məşqçi: Erlinq Moe
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.