COP29

UEFA "Qarabağ"ı araşdırdı və yazdı ki… Hər şey ortada!

19 Sentyabr 2023 13:20 Qarabağ 948
UEFA "Qarabağ"ı araşdırdı və yazdı ki… Hər şey ortada!

UEFA-nın rəısmi saytı "Qarabağ"la "Mölde" (Norveç) arasında keçiriləcək Avropa Liqasının qrup matçı ilə bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun bu oyunla AL-in qrup görüşlərinə start verəcəyi xatırladılıb. "Azərbaycan çempionu Norveçin ən güclü komandasını qəbul edir" - deyə yazıda vurğulanır.

Bu, hər iki komandanın Avropa kuboklarında bir-biri ilə ikinci qarşılaşması olacaq. Daha əvvəl Çempionlar Liqasının bir oyundan ibarət üçüncü mərhələsində bu komandalar Larnakada (Kipr) üz-üzə gəliblər.

"Mölde" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək "pley-off"a vəsiqə qazanıb. Həmin oyunda "Qarabağ"ın oyunçusu Bədavi Hüseynov həlledici altıncı penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

"Qarabağ" indiyədək Norveç klubları ilə 3 dəfə qarşılaşıb və heç birində uduzmayıb ("Mölde"yə penaltilər seriyasındakı məğlubiyyətlə nəticələnən oyun rəsmi olaraq heç-heçə kimi qeydə alınıb).

Azərbaycan çempionu 2009/10 mövsümündə Norveçdən "Rusenborq" ilə qarşılaşıb. Səfərdəki ilk oyun 0:0, Bakıda matç isə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yazıda "Qarabağ"ın Avropa kuboklarındakı çıxışları ilə bağlı ətraflı statistika verilir.

Həmçinin Qurban Qurbanovun komandasının son 12 ev oyununda uduzmadığı da qeyd edilir (evdə son məğlubiyyət Konfrans Liqasının 1/16 final mərhələsində (24 fevral, 2022) "Marsel"lə oyunda qeydə alınıb (0:3) - red.).

"Mölde"

Bu komanda AL-in qrupuda 4-cü dəfə çıxış edəcək. Onların yarışda ən yüksək göstəricisi 2020/21 mövsümündə 1/8 finala çıxmaq olub. Bu, klubun avrokuboklardakı ən yaxşı nailiyyətidir.

Ötən mövsüm "Mölde" Konfrans Liqasının qrup mərhələsində çıxış edib və üçüncü yeri tutub (ilk yer "Gent", ikinci yer "Yurqorden").

2022-ci ildə "Mölde" Norveç çempionu olub. Onlar bu mövsüm Çempionlar Liqasında birinci mərhələdə Finlandiyanın HİK (0:1 səfərdə, evdə 2:0), sonra Farer adalarının "Klaksvik" (1:2 səfərdə, evdə 2:0 əlavə vaxtda) komandalarını mübarizədən kənarlaşdırıb. "Pley-off"da isə "Qalatasaray"a uduzub (2:3 evdə, 1:2 səfərdə).

"Mölde" Avropa kuboklarındakı son 12 səfər matçının 8-də uduzub, 3-də qalib gəlib, 1-də heç-heçə edib.

Komandaların bir-biri ilə əlaqələri

"Qarabağ"ın kapitanı Maksim Medvedev Azərbaycan millisində ilk qolunu DÇ-2018-in seçmə mərhələsində Norveçə vurub. Bu görüş 2016-cı ilin 8 oktyabrında keçirilib və Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin həmin seçmə mərhələdə Norveçə qarşı səfər matçında isə "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov qırmızı vərəqə alıb. Norveç bu oyunda milli komandamızı məğlub edib (2:0).

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"