Tayland yığmasının müdafiəçisi "Qarabağ"a gəlir?

25 Noyabr 2022 17:00 Qarabağ 3 615
Tayland yığmasının müdafiəçisi "Qarabağ"a gəlir?

Qış fasiləsinə az qaldığını nəzərə alsaq, klublarımızın ətrafında transfer xəbərlərinin çoxalması başadüşüləndir.

Xüsusiilə "Qarabağ"la bağlı.

Çünki Azərbaycan çempionu Konfrans Liqasında mübarizəni davam etdirir və heyətin güclənməsinə mütləq ehtiyac var.

Ağdamlılarla adı hallanan sonuncu futbolçu Tristan Dodur. Taylandlı müdafiəçinin "köhlən atlar"ın maraqlandığı legionerlər arasında olduğu bildirilir.

Sağ cinah oyunçusunun 29 yaşı var və 2019-cum ildən “Banqok Yunayted”in formasını geyinir. 2015-ci ildən Tayland yığmasına çağırlır və ötən zaman kəsiyində 40 oyuna çıxıb.

Onun karyerasının əsas hissəsi Fransa olə bağlıdır. 2011-2013-cü illərdə “Loryan”a məxsus olub. “SAS Epinal”a icarəyə verilib.

2013-2014-cü illəri “Qazelek Ayacco”da keçirib. Növbəti ildə ölkəsinə dönüb, öncə “Polis Taro”nun, ardınca “Muantonq Yunayted”ın uğurları üçün tər töküb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti