
"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur oyununda anşlaq olacaq.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4000 biletin qaldığı bildirilir.
Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.