UEFA “Qarabağ”a ofsayddan qolu qeydə alan hakimi yenidən… VİDEO

4 Oktyabr 2022 23:20 Qarabağ 2 054
UEFA “Qarabağ”a ofsayddan qolu qeydə alan hakimi yenidən… VİDEO

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçını bosniya və herseqovinalı hakim İrfan Pelito idarə edəcək.

Sportinfo.az xəbər verir ki, o, bu mövsüm ikinci dəfə Ağdam klubunun matçında fit çalacaq.

Pelito bundan öncə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Sürix” matçında (3:2) hakimlik edib.

Bosniya və herseqovinalı referi həmin qarşılaşmada qalmaqallı qərarı ilə yadda qalıb.

O, qarşılaşmanın ikinci hissəsində “Sürix”in ofsayddan vurduğu qolu qeydə alıb.

Digər Xəbərlər
Xəbər Lenti