“Qarabağ”ın ən bahalı legioneri İspaniya klubundan nə qədər pul alacaq?

29 Sentyabr 2022 09:40 Qarabağ 2 904
“Qarabağ”ın ən bahalı legioneri İspaniya klubundan nə qədər pul alacaq?

Ötən mövsüm başa çatandan sonra “Qarabağ”dan ayrılan Xayme Romeronun yeni klubu bəlli olub.

32 yaşlı yarımmüdafiəçi İspaniyada “Kartagena” ilə anlaşıb.

İspaniyalı vinger yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

“Kartagena” Sequndada mübarizə aparır. Komanda 7 turdan sonra liderlər qrupunda yer alır. 13 xala malik “sarı-göylər“ “Eybar“la birlikdə 3-4-cü pillələri bölüşdürür.

Romero 2019-cu ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 69 oyunda 14 qol vurub,

16 məhsuldar ötürmə müəllifi olub. 4 ay idi klubsuz olan Xayme bir neçə gün öncə “Kartaxena”nın düşərgəsinə baxışa dəvət olunmuşdu.

Yoxlanışdan uğurla keçən orta sahə oyunçusu yeni klubunda aylıq 12 min avro alacaq. Bu isə “Real“ın sabiq üzvünün Azərbaycanda qazandığı məbləğdən xeyli azdır.

İspaniyalının ölkəmizdə illik gəlirinin 700-800 min avro civarında olmasını xatırladaq. Xroniki zədələrdən əziyyət çəkməsəydi, “köhlən atlar“ 32 yaşlı ən bahalı legioneri ilə yollarını ayırmayacaqdı.

Vaxtilə “Udineze“, “Albasete“, “Bari“, “Qranada“, “Orduspor“, “Qranada“, “Saraqosa“, “Osasuna“, “Kordoba“ və “Luqo“ kimi klubların formasını geyinmiş Romeronun son 2 ildə dəfələrlə əməliyyat keçdiyini də bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti