"Qarabağ"ın hücumçusu Türkiyə çempionunun diqqət mərkəzinə düşdü - SON DƏQİQƏ

12 Avqust 2022 11:40 Qarabağ 9 023
"Qarabağ"ın hücumçusu Türkiyə çempionunun diqqət mərkəzinə düşdü - SON DƏQİQƏ

«Qarabağ»ın hücumçusu İbrahim Vadji «Trabzonspor»un maraq dairəsinə düşüb.

Seneqallı forvard Çempionlar Liqasında sərgilədiyi əla performansla Abdullah Avcının diqqətini çəkib.

«Bordo-mavilər»i Super Liqanın çempionu edən mütəxəssis Abdam klubunun «Ferentsvaroş»la Budapeştdə keçirilən matçını ekran vasitəsilə izləyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə dubla imza atan afrikalı legioner barədə ətraflı məlumat toplamağı köməkçilərinə tapşırıb.

Türkiyə təmsilçisinin menecerləri avqustun 17-də Bakıya təşrif buyuracaq. Onlar «Qarabağ»ın ÇL-in pley-off mərhələsində «Viktoriya» ilə Bakıda keçirəcəyi matçı tribunadan izləyəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti