"Qarabağ"dan ŞOK QƏRAR: Bu şərtə razılıq vermədilər, milyonlarla puldan imtina etdilər!

11 Avqust 2022 14:40 Qarabağ 2 543
"Qarabağ"dan ŞOK QƏRAR: Bu şərtə razılıq vermədilər, milyonlarla puldan imtina etdilər!

«Qarabağ» Premyer Liqanın yeni titul sponsorunun onlara ayırdığı maliyyə vəsaitindən imtina edib.

Azərbaycanın ən reytinqli klubu 3 milyon manatlıq paketi qəbul eləməyib.

Əlbəttə, bunun səbəbi var və o da bizə məlumdur. Problem AFFA-nın irəli sürdüyü şərtlərlə bağlıdır.

Belə ki, federasiya 3 milyon manatın ünvana köçürülməsi üçün klubdan Müşahidə Şurasının yaradılmasını istəyib. Özü də AFFA-ya bağlı şəxsin «Qarabağ»ın rəhbərliyində yer alması tələbi irəli sürüb.

«Köhlən atlar» şərti özləri üçün keçərli saymayıb və şura platformasının inkişaf baxımından kluba fayda verməyəcəyinə əminlik ifadə edib.

Yeri gəlmişkən, AFFA Premyer Liqa klublarına məktub ünvanlayıb. Bu, çempionatın yeni titul sponsoru ilə bağlanan müqavilənin şərtləri ilə bağlıdır.

Belə ki, federasiya elita təmsilçilərinə maliyyə ödəməsinin vaxtını elan edib. Razılaşmaya əsasən, tərəfdaş şirkət qarşıdakı 10 gün ərzində klubların hesabına pul köçürəcək.

Aydındır ki, burada söhbət 3 milyon manatdan gedir. Həmin vəsait 12 aya bölünüb.

Göstərilən məbləğin 2 milyon manatı əsas komandanın xərclərinə sərf olunmalıdır. 1 milyon manat isə akademiya və infrastrukturun saxlanılması üçün nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti