"Qarabağ"dan yeni hücumçu xəbəri var - "Qəbələ"nin qənimi...

7 Avqust 2022 23:20 Qarabağ 12 746
"Qarabağ"dan yeni hücumçu xəbəri var - "Qəbələ"nin qənimi...

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" heyətini gücləndirmək yolunda axtarışları da davam etdirir.

Bu yolda "köhlən atlar"a təklif olunan növbəti futbolçunun kimiliyi bizə məlum olub.

Söhbət Gürcüstan millisinin forvardı Budu Zivzivadzedən gedir.

Hazırda Macarıstan təmsilçisi "Fehervar"ın şərəfini qoruyan təcrübəli oyunçu heç də bizə yad sima deyil.

Belə ki, o, ötən ay hazırkı komandasının forması ilə Konfrans Liqasındakı təmsilçimiz "Qəbələ"yə qarşı hər iki matçda da fərqlənməyi bacarıb. İlk matçda son qola (1-4), cavab matçında isə bərabərlik qoluna (2-1) adını yazdırıb.

28 yaşlı futbolçu ölkəsində "Dinamo"(Tbilisi), "Torpeda", "Samtredia" və digər Macarıstan təmsilçisi "Uypeşt" kimi komandaların şərəfin qoruyub.

Zivzivadze Gürcüstan yığmasında 13 matçda forma geyinib və 3 qol vurmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"