“Lex”i yaxşı tanıyan legioner “Qarabağ”ın sirrini açdı

30 İyun 2022 00:50 Qarabağ 1 706
“Lex”i yaxşı tanıyan legioner “Qarabağ”ın sirrini açdı

“İlk oyunumuzu səfərdə keçirəcəyik.

Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəkləri görüşlər barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçisi ilk matçın Poznanda keçirilməsinin Azərbaycan klubunun lehinə olduğunu bildirib:

“Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də daha asan olacaq”.

“Qarabağ” “Lex” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti