İspaniyanın 4 klubu “Qarabağ”ın hansı futbolçusunu istəyir?

29 İyun 2022 01:50 Qarabağ 1 887
İspaniyanın 4 klubu “Qarabağ”ın hansı futbolçusunu istəyir?

“Qarabağ”ın legioneri Qaspar Panadero vətəninə qayıda bilər.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Sequnda klublarının diqqət mərkəzindədir.

İspaniya mətbuatının yazdığına görə, “Kartaxena”, “Albasete”, “Burqos” və “Luqo” kimi klublar “Qarabağ”ın legioneri ilə maraqlanır. Ağdam klubunun Panaderonu yenidən icarəyə verəcəyi gözlənilir.

Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirib. Onun “Qarabağ”la 2024-cü ilin yayınadək müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar