“Düzünü desəm, izləmişəm, təzyiq altında saxlayırlar“

26 İyun 2022 16:40 Qarabağ 923
“Düzünü desəm, izləmişəm, təzyiq altında saxlayırlar“

“Onlar güc futboluna söykənən tipik Polşa futbolu sərgiləyir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın monteneqrolu legioneri Marko Veşoviç deyib.

Adıçəkilən müdafiəçi 2017-2021-ci illər aralığında “Legiya”da forma geyinib. Bu müddətdə 3 dəfə Polşa çempionu olub, ölkə kubokunu və superkubokunu qazanıb.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində Ağdam klubu ilə üz-üzə gələcək son Polşa çempionunun oynadığı futboldan danışıb. Balkanlı rəqibin üstün və zəif keyfiyyətlərinə bələd olduğunu dilə gətirib:

“Ötən mövsüm çətin çempionatda qalib olmağı bacardılar. Düzünü desəm, son mövsümdə bir neçə görüşlərini izləmişəm. Güclü və zəif cəhətlərini bilirəm.

İlk oyunun nəticəsi olduqca vacibdir. Özümüzün üstün, “Lex”in zəif tərəflərindən istifadə edib, səfərdən sərfəli nəticə ilə qayıtmalıyıq.

Amma Poznandakı azarkeşlərin qarşısında oynamaq heç də asan deyil. Matçboyu “Lex”ə lazımi dəstək verib, rəqibi təzyiq altında saxlayırlar ”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu